Hadisə 

Astarada FACİƏ: 4 uşaq anası su quyusuna düşərək boğuldu

Astarada qadın su quyusuna düşərək boğulub.

ARANTV.AZ  ONA-ya istinadən xəbər verir ki, rayonun Artupa kənd sakini, 1984-cü il təvəllüdlü Kazımova Xəyalə Ədalət qızı yaşadığı evin yaxınlığındakı su quyusuna düşərək boğulub. Dörd uşaq anası olan X.Kazımovanın ehtiyatsızlıqdan su quyusuna yıxıldığı ehtimal olunur.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər