Novruz Məmmədov uğurlardan danışdı – YENİLƏNİB
2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatənda böyük uğurlarla və əlamətdar hadisələrlə zəngin olub.
ARANTV.AZ-ın məlumatına görə, bunu Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən deyib.
N.Məmmədov bildirib ki, ötən il AXC-nin yaranması böyük təmtəraqla qeyd edildi. Baş nazir bildirib ki, 2018-ci ildə keçirilən prezident seçkilərində müdrik xalqımız ən doğru seçim edərək İlham Əliyevi prezident seçdi və ölkədə sabitliyə, inkişafa səs verdi.
Baş nazir deyib ki, prezident seçkilərinmdən sonra dövlət başçısı hökumətin yeni tərkibini müəyyənləşdirdi və qarşıda duran srateji hədəflər müəyyən edildi.
N.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət dövlətimizin nüfuzunun yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına səbəb olub.
Baş nazir vurğulayıb ki, 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
N.Məmmədov bildirib ki, ötən il ərzində Azərbaycanda əhalinin sosial təminatı yaxşılaşdırılıb, əmək haqları, pensiyalar, müavinətlər artırılıb.
Baş nazir bildirib ki, ötən il Azərbaycanın qida məhsulları ilə özünün təmin etməsinə böyük əhəmiyət verilib və bu istiqamətdə dövlət dəstəyi davam etdirilib: “Əkin sahələrinin suvarma sisteminin yaxşılaşdırılmasıda diqqət ayrılıb, eyni zamanda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün 314 subartezan quyusu qazılıb, suvarma kanallarının, kollektor şəbəkəsinin yaradılması istiqamətindəmüvafiq işlər aparılıb.
O qeyd edib ki, 50 aqroparkın yaradılması istiqamətində müvafiq işlər aparılır.sonxeber.az

