Sabah istehsal olunacaq yumurta bu gün satışa çıxarıldı – Araşdırma başladı
Ötən gün “OBA” marketlər şəbəkəsində üzərində sabahın tarixi – 15.03.19-cu il göstərilmiş yumurtalar satışa çıxarılıb.
Həmin yumurtalar Yasamal rayonu ərazisində yerləşən mağazaların birində satılıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə yumurtanı alan şəxs məlumat verib: “Yumurta artıq satışdadır, amma toyuq sabah yumurtlayacaq”.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmaya başlanılıb:
“Üzərində istehsal tarixi 15.03.2019-cu il göstərilmiş yumurtalarla bağlı məlumat mediadan götürülərək araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.Medicina.az

