Cəmiyyət 

Şəmkirdəki güclü partlayış səsləri nə ilə bağlıdır?

Bu gün Şəmkir rayonunda güclü partlayış səsləri eşidilib. Ərazidə yaşayan sakinlər səslərdən narahat olaraq informasiya almaq məqsədilə redaksiyamıza müraciət ediblər.

ARANTV.AZ “Qafqazinfo”ya istinadən bildirir ki, partlayış səsləri hazırda Seyfəli poliqonunda aparılan utilizasiya işləri ilə bağlıdır.

Belə ki, işğaldan azad edilmiş ərazilərdən toplanan yararsız hərbi silah-sursat və texnikalar poliqonda təhlükəsiz şəkildə partladılaraq məhv edilir.

Sakinlərin narahatlığı üçün heç bir əsas olmadığı bildirilib.

Daha çox xəbərlər