Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

ON BİR AYIN SULTANI

By Vüsal Rafiqoğlu
30.03.2022 3 Min Read

Allahın qulları üçün yaratdığı fürsət hesab olunan müqəddəs Ramazana həm fiziki, həm də mənəvi cəhətdən hazırlaşmaq vacib şərtdir

Qarşıdan 11 ayın sultanı olan müqəddəs Ramazan ayı gəlir. Bütün dünya müsəlmanları bu ayın fəzilətindən yararlanmağa çalışırlar. Allahü-Təala Qurani-Kərimdə buyurmuşdur: “Orucdan başqa insanın bütün ibadətləri özünə aiddir. Oruc isə Mənə aiddir. Onun mükafatını Mən verəcəm”.

Ramazan Hicri təqviminin bir hissəsi hesab edilir. Yeni ayın çıxması bu ayın başlanmasına işarədir. Məlum olduğu kimi, Hicri təqvimi Miladi təqvimdən 10-11 gün qısadır. Ona görə də hər il Ramazan ayı 10-11 gün əvvəl başlayır. Müsəlmanların etiqadına görə, müqəddəs Quranın ilk ayələri Məhəmməd Peyğəmbərə (s) məhz Ramazan ayında o Həzrət Məkkə ətrafındakı Hira mağarasında olarkən vəhy edilib. Bəzi müsəlman ölkələrində Ramazanın ilk günü astronomik hesablamalara görə, Azərbaycan, İran və digər ölkələrdə isə bilavasitə ayın müşahidəsi və ya adil müsəlman ilahiyyatçılarının fətvaları əsasında müəyyən edilir. Ramazan ayında tutulan oruc İslamın beş sütunundan biridir. Bu o dərəcədə əhəmiyyətli şərtdir ki, bir kəs ölümünə qədər buraxmış olduğu orucları tuta bilməzsə, həmin qəza orucunu onların qəyyumları və ya övladları tutmalıdırlar. Oruc tutan insanlar günəşin doğmasından gün batana qədər hər növ qidadan (yemək, içmək, siqaret və s.) uzaq olmalı və dilini qeybətdən, qəlbini pis fikirlərdən qorumalıdır. Hamilə və uşaq əmizdirən qadınlar, xəstələr, uşaqlar, ağır işlə məşğul olan və ya səfərdə olan insanlar Ramazan ayının orucundan azaddırlar. Lakin bu qəbil insanların bəziləri sonra qəza orucu tutmalıdırlar. Müqəddəs ayda “Leylət-əl-Qədr” (“Qədr gecəsi”) xüsusi əhəmiyyətə malikdir. Bu mühüm gecə Ramazan ayının 19-dan 20-nə, 21-dən 22-nə və 23-dən 25-nə keçən gecələrdən birinə düşür. Ramazan ayının son 10 günü ən müqəddəs günlər hesab olunur. Müqəddəs Ramazan ayı və orucluğun başa çatması növbəti – Şəvval ayının 1-nə təsadüf edir. Həmin gün müsəlmanlar məscidlərdə toplaşaraq bayram namazı qılırlar.

Ramazan ayı Allahın qulları üçün yaratdığı fürsətdir desək yanılmarıq. Məhz Ramazan ayında Uca Allahın əmri ilə şeytanlar qandallanır, Cəhənnəmin qapıları bağlanır və Cənnətin qapıları açılır. “Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz”,- deyə buyurub sevgili Peyğəmbərimiz (s.a.s). Ramazan ayının fəzilətlərindən və savablarından söz açmazdan əvvəl bu müqəddəs ayın gəlişi ilə əlaqədar hazırlıqlara toxunaq. Əvvəla, bu aya həm fiziki, həm də mənəvi cəhətdən hazırlaşmaq lazımdır. Mənəvi hazırlığın əhəmiyyəti ondan ibarətdir ki, müsəlman öz daxilində bu ayın gəlişini səbirsizliklə gözləməli, bu ayın bərəkətinə inanmalı və bu aydakı ibadətlərə ruhən hazır olmalıdır. Bunun üçün müsəlman müxtəlif üsul və vasitələrdən istifadə edə bilər. Allahın insana verdiyi bu fürsəti insan daxilində dəyərləndirməli, Ona olan məhəbbətini artırmalı, Allahın razılığını qazanmaq üçün əlindən gələni etməlidir. Bunun üçün daxilində böyük iradə toplamalıdır ki, bu ayın ibadətlərini lazımi şəkildə yerinə yetirə bilsin. İnsan Ramazan ayının əhəmiyyətini yalnız öz daxilində deyil, başqaları ilə də paylaşmağı bacarmalıdır. Bunu ətrafımızdakı müsəlmanlarla müzakirə etməli, ailə üzvlərimiz, qohumlar arasında, məktəb və universitetlərdə, iş yerlərində Ramazanın gəlişi haqda söz açmalıyıq. Bununla biz bilməyənlərə bunu xatırlada və daha çox bilənlərdən faydalı məlumatlar əldə edə bilərik. Bəzən təklikdə oturub Ramazan ayında edəcəyimiz ibadətlərin planını hazırlamalıyıq. Bütün bunlardan əlavə Rəbbimizin bizə verdiyi ən böyük fürsətdən yararlanmağı bacarmalıyıq. Bu, dua etmək fürsətidir. Hər gün, hər namazda, fürsət tapdığımız hər anda Allaha yalvarmalıyıq ki, bu aya sağ-salamat çıxaq, ibadətlərimizi müntəzəm etməyə müvəffəq olaq və bu ayın fəzilətindən lazımınca faydalana bilək. Mənəvi hazırlığın əhəmiyyəti olduğu kimi, fiziki hazırlığın da böyük əhəmiyyəti var. Fiziki hazırlıq deyəndə bu ayda edəcəyimiz ibadətlərə fiziki və maddi hazırlaşmağı nəzərdə tuturuq. Məsələn, Ramazan ayında gecə namazı qılmaq, sədəqə vermək, oruc tutmaq, nafilə namazlarını qılmaq, Quran oxumaq, çoxlu zikr etmək və başqa ibadətlərə öncədən hazırlaşmalıyıq. Buna görə də gecə namazlarına qalxmağı öyrənməli, indidən oruc tutmalı, dost-tanışları bir yerə yığıb Ramazan ayına hazırlaşmalıyıq. Ramazan ayında olan nafilə ibadətlərin savabları fərz ibadətlərin savabı qədər, fərz ibadətlərin savabı isə 70 dəfə artıq olur. Bütün bunları indidən etməyə başlamalıyıq ki, Ramazanda daha sıx-sıx həyata keçirək. Bütün bunlar şərt və ya zərurət deyil, sadəcə Mübarək aydan daha çox faydalanmaq üçün vasitələrdir. “Bir kimsə Ramazan ayında oruc tutmağı fərz bilib, vəzifə bilib və orucun savabını Allahü-Təaladan gözlərsə onun keçmiş günahları bağışlanar”. (Hədis) Uca Allah bütün müsəlmanlara Müqəddəs Ramazan ayının fəzilətindən lazımınca faydalanmağı nəsib etsin!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vətəndaşlara və insan hüquqlarının qorunmasına göstərilən diqqət

Next

Milli Qəhrəmanın ailəsi Bakıya nə vaxt gətiriləcək?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv