Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Şəhidlik: Vətənə sevgisinin zirvəsi

By Vüsal Rafiqoğlu
02.04.2022 5 Min Read

Birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, onların mərdliyi və  şücaəti İkinci Qarabağ müharibəsində özünü bir daha göstərdi. Qırx dörd günlük Vətən savaşında  igidlikləri ilə ölkəmizin ərazisini bütövləşdirən, itirilmiş torpaqlarımızı axan qanları ilə yenidən Vətənləşdirən şəhidlərimizin hər biri fiziki ölümləri ilə mənəvi ölümsüzlüyə qovuşsalar da, onlar bir ailənin övladı, bir nəslin doğması, bir elin-obanın yetirməsidir. Düşmən  gülləsinə sinəsini sipər edən Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid Vətən oğullarından biri də Rövşən Kazım oğlu Hüseynovdur. O, da minlərlə gənc kimi Vətən uğrunda şəhid olaraq cavan yaşında cənnətin ən gözəl guşəsini özünə məkan seçib.

“Vətəndən pay olmaz” deyib, ömrünü Vətənə fəda etdi…

Rövşən keşməkeşli həyat yolunda bütün çətinliklərə sinə gələrək  böyüdü. Uşaq yaşlarından kiçik ürəyində Vətənə, torpağa böyük sevgi bəsləyib. Onunla birgə Qarabağ nisgili də böyüyüb… Ən böyük arzusu idi  ki, doğma torpaqlarımızın əsir həyatına son qoyulsun. Elə bu amalla  da Vətən müharibəsinin ilk günündən döyüşlərə qatıldı. Atdığı  dəqiq atəşlərlə  yağıların nəfəsini   kəsdi . Öz nəfəsini isə canından çox sevdiyi Vətənə bağışladı.

Haqqında bəhs edəcəyim Vətən fədaisinin  həyat hekayəsi 21 avqust 1995-ci ildə başladı. Rövşən 2001-ci ildə Bakı şəhəri 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olsa da, təhsilini 202 saylı tam orta məktəbində davam etdirmiş və  orada da bitirmişdi. R.Hüseynov Rusiya Federasiyası Stavropol şəhərindəki Qafqaz Xalqlarının Dostluğu İnstitutunun İqtisadiyyat fakültəsində təhsil almış,  2017 -ci ildə təhsilini başa vuraraq Vətənə qayıtmışdı. 2017-2018-ci illərdə ordu sıralarında xidmət edib.  Vətənə, torpağa sevgisi ilə fərqlənib, ön xətdə düşmənlə üz-üzə, “Murovdağ” istiqamətində qulluq edib. Hərbi xidməti dövründə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılıb. 2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətdən tərxis olunmuşdu.

Xidmətdən dönməyinə baxmayaraq hər zaman Qarabağın azadlığı barədə  düşünən Rövşən 2020-ci ilin sentyabrında Vətən müharibəsi başlayarkən könüllü döyüşlərə qatılmışdı. Onun Füzuli rayonundan başlayan döyüş yolu Xocavənd və Cəbrayıl rayonlarında davam etmişdi. Hərbi xidməti dövründə 23 oktyabr 2020-ci ildə Füzuli rayonunun Kürdlər kəndində gedən döyüşlər zamanı aldığı qəlpə yaralarından ən uca zirvə – Şəhidlik zirvəsinə ucalmışdır. 25 oktyabr 2020-ci ildə Binəqədi qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir.

Prezident İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən şəhid Hüseynov Rövşən Kazım oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Ən böyük arzusu torpaqlarımız işğaldan azad olunması, üçrəngli bayrağımızın Qarabağ səmasında dalğalanması idi

Rövşənin anası Sona Hüseynova oğlu haqqında danışarkən dedi ki, ailəmizin sonbeşiyi olmasına baxmayaraq qətiyyətli  addımları ilə tanınıb, qorxmazlığı ilə seçilib. Oğlum körpəlikdən həmişə başımızı uca edib. Rövşən məktəbdə və universitetdə də daim irəlidə olan uşaq olub.  Elə uşaq yaşlarından kiçik ürəyində Vətənə, yurda böyük sevgi daşıyıb. Bütün arzuları Vətənlə  bağlı idi. Torpaqlarımızın düşmən tapdağında olması ilə barışa bilmirdi. Ona görə də  elə bu arzular onu haqq savaşımıza səsləmişdi.  Adını könüllülər  sırasına yazdırıb döyüş meydanına atılmışdı. Həyatda olanda da mən onunla  fəxr etmişəm. Elə bir oğul böyütmüşəm ki, ölümündən sonra da mən onunla qürur duyuram. Qürur duyuram ki, mən elə bir oğulun anasıyam.  Müharibəyə sevinə-sevinə gedib. Gedəndə mənə açarını, təsbehini  verib dedi ki, ana saxlayarsan. Bunlarla özümə təsəlli tapıram. Oğlum “Space” televiziyasında mühafizəçi vəzifəsində işləyirdi və sonra polis orqanlarında işə düzəldi. Arzusu Daxili İşlər Nazirliyinin Polis Akademiyasında oxumaq idi. Həmişə sevinə-sevinə zəng edərdi, heç elə bil ki müharibədə deyildi, adi bir xidmətdə idi. Telefonda örtülü danışsa da ancaq deyirdi : “Ana, qorxma, arxayın ol. Mən sağ-salamat gələcəyəm, torpaqlarımız alınacaq, biz irəliləyirik.”  23 oktyabr 2020-ci ildə  şəhid olub. 25 oktyabr 2020-ci ildə dəfn edilib . Hələ şəhid olması xəbəri gəlməmiş məni elə bir ağlamaq tutdu ki, həyətdə bəlkə də səsimi qonşular  da eşitdi. Ortancıl qardaşı dedi: “Niyə ağlıyırsan, ana?” Dedim: “Rəşad, heç özüm də bilmirəm niyə ağlayıram.” Sonra Rövşənin komandiri qardaşına dedi ki, həmin vaxtda  Rövşən şəhid olub. Balam cəbhədə  böyük ürəyi ilə mərdi-mərdanə vuruşub. Heç vaxt yoldaşlarını tək qoymayıb. Son nəfəsinə kimi onlarla çiyin-çiyinə savaşıb. Şəhidlər ölməyib, onlar daim ürəklərdə, yaddaşlarda yaşayacaqlar.”

O, həmişə bizə deyirdi: “Mənim yolum qazilik və şəhidlik yoludur, məndən narahat olmayın”…

Qardaşı Rafael Hüseynov: “Mən qardaşımla fəxr edirəm. Qardaşım Vətən, millət və torpaq uğrunda şəhid oldu. O, qorxunun nə olduğunu bilməyən əsl qəhrəman idi. Rövşənlə telefonda danışanda səsindən onun qürur hissini və sevincini hiss edirdim. O, əmin  və arxayın idi ki, bizim torpaqlar  tam şəkildə azad olunacaq. Sevinc payımız o oldu ki, torpaqlarımızın azad olunmasında qardaşım Rövşənin də payı var. Çox şükür ki, onun qanı  yerdə qalmadı, arzusu həyata keçdi. O, həmişə dostları, sinif yoldaşları ilə Vətənlə bağlı söhbətlər edirdi. Könüllü olaraq cəbhəyə gedəndə bizə belə dedi: “Mən Vətən torpaqlarının alınması ilə bağlı hökmən getməliyəm.” Hamımızdan halallığını alıb vuruşmağa getdi. Qisas almaq üçün cəbhəyə getdi,cəbhədə də qisasını aldı. Sentyabr ayının 30-dan ön xətdə idi. 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Kürdlər kəndində döyüş əməliyyatı zamanı mənfur  düşmənlərimizin atdıqları mərmi ilə Rövşən şəhid oldu. O, həmişə bizə deyirdi: “Mənim yolum qazilik və şəhidlik yoludur, məndən narahat olmayın”.

Şəhidlər qanları və canları bahasına düşmənin ölü zonaya çevirdiyi Qarabağımıza əbədi həyat gətirdilər

Şəhidim, torpağın mənfur düşməndən azad etmək üçün sinəni sipər, canını fəda etdin, şəhid olmağı seçdin. Torpağı qanınla suvardın ki, bu yerlərdə dünyanın ən gözəl gülü-Xarıbülbül yenidən bitsin…. Bundan sonra neçə əsr keçsə də, hər gələn nəsil sənin ayaq izlərini görəcək, açdığın cığırla irəliləyəcək, neçə-neçə Rövşənlər yetişəcək… Şəhidim, qanın indi işğaldan azad edilən Qarabağımızda  vüqarla dalğalanan Azərbaycan bayrağının qırmızı rənginə qarışıb…

Nə qədər ki Azərbaycan vardır, bu yolun fədailəri olan insanlar həmişə minnətdarlıqla anılacaq­lar. Onları yetirib tərbiyələndirən, torpağı Vətənləşdirmək uğrunda xalq davasına göndərən ata-anaları isə xalqımızın başucalığı ünvanına çevriliblər. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq!

Uca Tanrıdan Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizə rəhmət diləyirik!

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Maska qadağasına son?

Next

Kartof və soğanın qiyməti bahalaşıb VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv