Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ölkəmizdə gender bərabərliyi necə qorunur?

By Vüsal Rafiqoğlu
02.04.2022 2 Min Read

Azərbaycanda fəal qadın hərəkatı əsl dirçəliş yoluna 1994-cü ildən qədəm qoyub. Bu dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Qadınlar cəmiyyətdə çox həlledici təbəqədir” söyləyən ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun yüksəldilməsi məsələsini daim diqqət mərkəzində saxlayıb.

1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyasında da qadınların kişilərlə bərabər hüquqlarının olması ayrıca müddəa ilə təsbit olundu. Ali hüquqi sənəd olan Konstitusiyada yazılıb ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Konstitusiyanın bu maddəsinin həyata keçirilməsi öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxardı.

Göründüyü kimi, ölkədə müstəqilliyin bərpasından sonra gender bərabərliyinin təmin olunması xüsusi diqqət dövlət siyasətinin prioritetləri sırasındadır. Məhz ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 1998-ci ildə, həmçinin “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam imzalandı. Ümummilli Liderin 6 mart 2000-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı isə respublika qadınlarına 8 Mart bayramı ərəfəsində ən gözəl hədiyyə oldu.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti son 18 ildən artıq dövrdə Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Həmin vaxtdan indiyədək Komitə tərəfindən təşkil edilən təlim proqramları vasitəsilə qadın hüquqları sahəsindəki qanunlar, konvensiyalar yayılaraq təbliğ və təşviq olunur. Bu proqramlara stereotiplərin, qadın hüquqlarının qorunmasına mənfi təsirlərin təhlili, erkən nikahların yaratdığı fəsadlar və s. mövzular daxildir. Hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün isə 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunları qəbul olundu. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilibdi.

Ölkədə həyata keçirilən gender bərabərliyi, eyni zamanda, “Dayanıqlı İnkişaf – 2030” Gündəliyində müəyyən edilmiş inkişaf məqsədlərinin tərkib elementidir. Belə ki, gender bərabərliyinə nail olmaq bütün qadınların hüquq və imkanlarını genişləndirmək məqsədlərindən biridir.

Bu gün Azərbaycan qadınları həm ailə institutunun qorunub gələcək nəsillərə ötürülməsində, həm də dövlətin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Qadınların idarəçilik sistemində parlamentdə və bələdiyyələrdə təmsilçilik faizləri ildən-ilə artır.

Qadınların cəmiyyətdəki önəmli rolundan bəhs edərkən bu sahədə görülən işləri adekvat qiymətləndirən, yeniliklərə, müasirliyə açıq olan hər vətəndaşın gözləri önünə ilk növbədə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  çoxşaxəli fəaliyyəti gəlir. Mehriban xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli istiqamətində gördüyü işlərlə yanaşı, qadınlara qarşı zorakılıqların, mövcud olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.

Xatırladaq ki, martın 31-də Avropa İttifaqının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu və BMT-nin Əhali Fondunun birgə həyata keçirdikləri “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin icrasına başlanıldı. İki mərhələdən ibarət layihənin əsas məqsədi ümumi təhsil pilləsinin məzmununda və tədris-təlim prosesində gender bərabərliyini təmin etməkdir. 2022-ci ilin sonunadək davam edəcək layihə BMT-nin Əhali Fondunun maliyyə vəsaiti ilə icra edilir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kartof və soğanın qiyməti bahalaşıb VİDEO

Next

Ramazan süfrələrində hansı qidalar olmalıdır?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv