Mingəçevirdə 16 nəfər zəhərlənib
Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, digər 2 nəfərin isə vəziyyəti stabildir.
Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.

