Sağlam siyasətin gətirdiyi uğur!
Ölkəmizin inkişafı və cəmiyyətimizin sağlamlığı üçün çalışan şəxslərdən biri də Azərbaycan Respublikasının memarı, ulu öndər Heydər Əliyevin layiqli davamçısı və başladığı işi layiqincə davam etdirən İlham Əliyev cənablarıdır.
Ulu öndərimiz Heydər Əliyevin vəfatından sonra İlham Əliyev Heydər oğlu 2003-cü il oktyabr ayının on beşində Azərbaycan Respublikasının Prezidenti seçildi.
Heydər Əliyev yolunun layiqli davamçısı hakimiyyətə gəldiyi gündən etibarən ölkənin bu günü və gələcəyi haqqında hər daim düşünmüş və bu məqsəd uğrunda səylə çalışmışdır.
Ölkə Prezidentinin fəaliyyəti müxtəlif sahələr üzrə imza attığı uğurlar göz önündədir .
Fəaliyətinə ekuskursiya edək:
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilir;
2008-ci il oktyabrın on beşində keçirilən şeçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilir ;
2018-ci il aprelin on birində keçirilən şeçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib ;
Yeni əsrin yeni lideri, Ulu öndərin siyasi varisi İlham Əliyev ölkə, xalq qarşısındakı xidmətləri özünü təsdiq etmiş praqmatik bir siyasətçidir. O, bunu çox gözəl bilirdi ki, yalnız Heydər Əliyev strategiyasını keçirməklə , onun qoyduğu siyasi yolu davam etdirməklə ölkəni güclü bir dövlətə çevirmək mümkündür. Prezident İlham Əliyev on beş illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.
Bu gün Azərbaycan müxləlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik şurasına qeyri-daimi üzv seçilməsi həmçinin 120 dövlətin təmsil olduğu qoşulmama hərakatına sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasdakı öz yüksək nüfuzunu və qüdrətini göstərir.
On beş il ölkə iqtisadiyatında qazanılan misilsiz uğurlarla da xarakterikdir.
Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın 2004 cü ildə 1,8 milyard olan valyuta ehtiyatları bu gün 46 milyard dollara çatdırılıb. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Belə ki, 2006 cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini istifadəyə verilib, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub.
Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində də ardıcıl tədbirlər görülüb. Bu gün Azərbaycan Respublikası MüdafiəSənayesi Nazirliyin müəssisələrində 1200 adola hərbi təyinatlı məhsul istehsal edilir, Beynəlxalq reytinqlərə görə Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü əlli ordu sırasında yer tutur.
On beş il ərzində həmçinin milli-mənəvi dəyərlərin, multikultralizm və tolerantlıq ənənələrinin qorunub-saxlanması istiqamətində mühüm işlər görülüb.
Həmin müddətdə ölkədə 200 dən çox məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub.
Bu on beş il ərzində bir çox sahələrdə olduğu kimi təhsil, səhiyyə sahəsində də mühüm işlər görülüb. Yeni-yeni səhiyyə ocaqları açılmış, təmiz olunması lazım olan səhiyyə ocaqları əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilmişdir. Təhsil ocaqları eyni zamanda yenidən tikilmiş, şagirdlərin, tələbələrin sağlam şəraitdə təhsil almaları üçün hər cür işlər görülmüş və bu məqsədlə müxtəlif proqramlar qəbul olumuşdur. Şəhər və rayonlarımızın abadlaşdırılması da diqqətdən kənarda qoyulmamışdır.
Ölkə başçısının qabaqcıl siyasəti (daxili və xarici siyasəti), beynəlxalq əlaqələr vəs. məsələlər ölkənin inkişafı üçün əsaslı addım olmuşdur.
Dövlət vəcəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən on beş il ərzində Azərbaycan Xalqı öz liderinə güvənib, ona ən güclü dayaq olub. Bu uğurların əsasında xalq-iqtidar birliyi dayanır. Bu qarşılıqlı inam hələ uzun illər xalqı yüksək zirvələrə və qələbələrə doğru aparacaq.
Əhməd Şahbazov– Masallı Dövlət Regional Kollecinin tələbəsi, fəal gənc

