Moskva vilayətində sərnişin avtobusu körpüdən aşıb: Ölənlər var – FOTO/VİDEO
Moskva vilayətində sərnişin avtobusu körpüdən aşıb. İlkin məlumata görə, iki nəfər ölüb, 18 nəfər yaralanıb.
Bu barədə TASS-a fövqəladə hallar xidmətindəki mənbədən xəbər verilib.
Bildirilir ki, Moskvadan Volokolamsk istiqamətində hərəkət edən avtobus Matrenino kəndinə dönərkən estakadadan yola düşüb.

