Siyasət 

Davamlı inkişafa və siyasi sabitliyə səs vermiş Azərbaycan xalqı.

2003-cü ilin Prezident seçkilərindən indiki dövrə kimi Prezident, сənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz böyük, şərəfli inkişaf yolu keçib. Prezident İlham Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış bir liderdir. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri , eyni zamnda Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir.Ümum xalq partiyası olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri, vahid namizədimiz cənab İlham Əliyev olmuşdur. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin 86,02 faizinin səsini qazanaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Bu seçimlə xalqımız inkişafa, tərəqqiyə, təhlükəsizliyə və gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir. Prezident seçkilərinin nəticəsi də göstərdi ki, xalq ölkəmizi irəli aparan siyasi xətti birmənalı şəkildə müdafiə edir və bundan sonra da müdafiə edəcəkdir. Ölkəmizdə vətəndaş həmrəyliyinə, iqtisadi-maliyyə təhlükəsizliyinə tam nail olunması, güclü dövlət idarəçiliyinin mövcudluğu ölkənin daxilində modernləşmə siyasətinin daha da dərinləşməsinə əlverişli mühit yaradıb. Həmçinin, 2003-2018-ci illər ərzində insanların sosial rifah hallarının yaxşılaşdırılması məqsədilə əmək haqları təxminən 7 dəfə, təqaüdlər isə 10 dəfədən çox artmışdır. Sosial infrastruktur inkişaf etmiş, o cümlədən respublika ərazisində 3100-dən çox orta məktəb, 640-dan çox xəstəxana tikilmiş və əsaslı şəkildə təmir edilmişdir. Regionlarda isə, 43 Olimpiya İdman Mərkəzi inşa edilərək, əhalinin istifadəsinə verilmişdir. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim ölkə başçımız cənab İlham Əliyevin diqqət mərkəzindədir. 2018-ci ildən bu yana ötən son dövrlərdə Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmizin dünyadakı nüfuzu artmışdır. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunmuş, Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Əsası ümummilli lider tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış uğurlar milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirilmiş, dönməzliyə çevrilmişdir. Həmçinin bu gün, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmış, demokratik inkişaf, suverenlik və özünütəminetmə prinsiplərinə söykənən müstəqil Azərbaycanımız dünyada ən sürətlə inkişaf edən ölkələr arasında ən qabaqcıl yerlərdən birini tutmuşdur.
Şəhriyar Hüseynzadə,
YAP Qəbələ rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər