Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanda quraqlıq təhlükəsi: “Yalnız bizdə yox, dünyada gedən prosesdir” – ARAŞDIRMA

By Vüsal Rafiqoğlu
10.04.2022 3 Min Read

Ekspertlər mart ayında ölkə ərazisində yağıntının olmasını yaxşı əlamət hesab edirlər. Amma onu da qeyd edirlər ki, bu yağıntı yayda gözlənilən quraqlığın qarşısını nisbətən alacaq. Təhlükə var, çünki bu, qlobal məsələdir, dünyada gedən prosesdir. Yarımquraqlıq zonalarda problem özünü daha qabarıq şəkildə göstərəcək.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Ölkə ərazisində ötən ilin payız aylarından başlayaraq havaların mülayim keçməsi, yağıntıların olmaması bu ilin yay aylarında quraqlığın kəskin olacağını proqnozlaşdırırdı. Hətta vəziyyət o həddə çatmışdı ki, Azərbaycanın əsas su mənbəyi hesab edilən Kür çayının Neftçala və Salyan hissəsi qurumuşdu. Çayın Xəzərə tökülən hissəsində şirin suyu dəniz suyu əvəzləmişdi. Yaranmış vəziyyəti bir sıra ekspertlər ekoloji problem kimi dəyərləndirirdi. Hətta müvafiq dövlət qurumları yaranmış vəziyyətdən çıxış edərək uzunmüddətli tədbirlər planı hazırlayıb, su ehtiyatlarının artırılması istiqamətində işlər görülüb.

Lakin mart ayından başlayaraq ölkə ərazisində qar və yağışın həddən artıq yağması bölgələrdə selə və daşqınlara səbəb oldu. Bir neçə gün öncə məsələ ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rəfail Quliyev bildirib ki, son günlər Azərbaycanda havaların yağıntılı keçməsi, xüsusilə dəmyə əkinlərə müsbət təsir göstərib:

“Çaylarda sululuq artıb, yüksək dağlıq ərazilərə qar yağması isə qızmar günlərdə çaylarda sululuğun əvvəlki illərlə müqayisədə nisbətən artacağını proqnozlaşdırmağa imkan verir. Bu isə əkin sahələrinin, xüsusilə də pambıq əkilmiş sahələrin suvarılması üçün əlavə imkanlar yaradacaq”.

Nazirlik rəsmisi onu da deyib ki, aprelin ikinci ongünlüyündən başlayaraq pambıq sahələrində çiyid səpininə başlanacaq:

“Fermerlərin əkinə hazırlıq prosesini düzgün aparması, sahələrin arata qoyulması vacibdir. Qlobal iqlim dəyişiklikləri bir çox sahələr kimi kənd təsərrüfatına da təsirsiz ötüşmür. Xüsusilə də yağıntıların azalması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi intensiv suvarma dövründə təsərrüfat suyuna tələbatı artırır.

Arata qoyulmuş sahələrdə suya tələbat digər sahələrə görə nisbətən az olur. Bu səbəbdən fermerlər isti yay aylarında suvarma ilə bağlı yarana biləcək çətinlikləri sığortalamaq üçün sahələri əkinə düzgün hazırlamalı, torpaqlar arata qoyulmalıdır”.

Novruz bayramı ərəfəsində miqdardan artıq düşən yağıntı yayda quraqlığın qarşısını almaq üçün yetərlidirmi?

Coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, qlobal istiləşmə prosesi getdiyi üçün quraqlığın olacağı ehtimalı var:

“Ancaq çox yaxşı oldu ki, mart ayında bu yağıntılar düşdü. Yəni bu yağıntılar o quraqlığın kəskin keçməsinin qarşısını nisbətən alacaq. Amma qeyd etdiyim kimi təhlükə var. Çünki bu, qlobal məsələdir və yalnız bizdə yox, dünyada gedən prosesdir. Əlbəttə ki, yarımquraqlıq zonalarda bu problem özünü daha qabarıq şəkildə bildirir. Hesab edirəm ki, məsələni birmənalı qiymətləndirmək olmaz”.

Ç.İsmayılov əlavə etdi ki, yay aylarında istilərin necə keçməsinin əkin-biçinə təsiri olacaq:

“Ancaq mart ayında olan yağıntılar məsələnin qarşısını xeyli aldı. Hələ yanvar ayında verdiyim açıqlamada qeyd etmişdim ki, yaz ayında yağıntılar olmalıdır və bu, ənənəvidir. Onu da vurğulayım ki, Kür çayının qollarının bir hissəsi buzlaqların əriməsi ilə qidalanır. Əlbəttə ki, yağışların olması, buzlaqların və qarın əriməsi Kür çayında suyun artmasına kömək edəcək”.

Ekoloq Cəmşid Quliyev bildirdi ki, quraqlıq planetimizdə müşahidə olunan və son illər daha da kəskinləşən iqlim dəyişiklikləri ilə əlaqədardır:

“Yəni quraqlıq iqlim dəyişikliyinin birbaşa fəsadıdır. Çaylarda suyun miqdarı isə təbii ki, birbaşa yağıntılarla əlaqəlidir. Amma bu günə qədər gedən proseslər – quraqlıq və son vaxtlar yağan yağıntılarla bağlı proqnoz vermək çətin olur. Çünki verilən proqnozlar bəzən özünü doğruldur, bəzən də yox. İndi düşən yağıntının yayda gözlənilən quraqlıq problemini həll edəcəyini də iddia etmək olmaz. Ona görə ki, indi yağan yağış müəyyən bir müddət torpağın nəmişliyini qoruyub saxlaya biləcək. Qarşıdakı aylarda havaların necə olmasından asılı olaraq suyun buxarlanması və dağlara yağan qarın əriməsi və onun çaylara öz təsirini göstərməsi kimi proseslər nəzərə alınmalıdır”.

C.Quliyev qeyd etdi ki, indi düşən yağıntının uzunmüddətli təsirinin olacağı real deyil:

“Ona görə də hər şey bundan sonra yağacaq yağışlardan və bütövlükdə yağıntının miqdarından asılıdır. Təbii ki, proqnozları da meteoroloji qurumlardan və ya meteoroloqlardan almaq olar. Necə olacaq, yağıntılar olacaqmı, gözlənilirmi-gözlənilmirmi və s. Amma istənilən halda indiki yağışı və qarı quraqlıq probleminin həlli hesab eləmək, əlbəttə ki, doğru olmaz”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İsrail nümayəndələri Ağdamda ermənilərin dağıtdıqları abidələrlə tanış olublar – FOTO

Next

Ramazan ayının doqquzuncu gününün imsak və namaz vaxtları – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv