Ramazan 

Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı

Sabah Ramazan ayının onuncu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 11-də Bakıda imsak saat 04:40-da, iftar isə saat 19:29-dadır.

Ramazan ayının 10-cu gününün duası:

“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.

Tərcüməsi:

“İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

Allah orucunuzu qəbul etsin!

Daha çox xəbərlər