Əfv sərəncamı ilə azadlığa çıxan və bağışlanan eks məmurlar – SİYAHI+FOTOLAR
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncam nəticəsində 399 nəfər azadlığa buraxılıb. Sərəncam 431 nəfərə şamil olunub. Azadlığa çıxanların arasında keçmiş Səhiyyə naziri Əli İnsanov da var.
ARANTV.AZ əfv sərəncamı ilə azadlığa çıxan və bağışlanan eks məmurları təqdim edir:

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. Sabiq səhiyyə naziri Əli İnsanov bu il martın 16-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. O, azadlığa Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindən çıxıb.
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev

O, 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.
“Azpetrol” şirkətinin keçmiş sahibi Rafiq Əliyev

O, 2005-ci ildə korrupsiya və vəzifə saxtakarlıqları ittihamı ilə həbs olunub. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Rüfət Səfərov

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi və Müdafiə Nazirliyinin keçmiş sözçüsü Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov rüşvət almaqda günahlandırılaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il azadlıqdan məhrum edilib.
Keçmiş baş nazirinin müavini Surət Hüseynov

Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.
Eks-prezident Ayaz Mütəllibov

Ayaz Mütəllibov “Eks-prezidentlər haqqında” qanun qüvvəyə mindikdən sonra 2012-ci ilin iyunun 7-si birdəfəlik Azərbaycana qayıtdı. big.az

