Siyasət 

Rəsmi Bakıdan Gürcüstandakı qondarma seçkilərə ETİRAZ

“Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma prezident seçkilərini, həmçinin onların nəticələrini tanımır”.

ARANTV.AZ-ın məlumatına əsasən, Azərbaycan XİN belə bəyanat yayıb.

Bəyanatda daha sonra deyilir:

“Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”.

Daha çox xəbərlər