Ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yolunda böyük uğurlar qazanır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsseldə görüşü keçirilmişdir. Həmin görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupunun yaradılması qərara alınmışdır. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Brüssel görüşündə ən vacib məsələlərdən biri də tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, sərhədlərin delmitasiya prosesinə başlamasl barədə razılıq əldə olunub.Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır.
Avropa İttifaqı Şurasının Prezidentinin bəyanatında hər iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyasının zəruri olduğu diqqətə çatdırılıb. Bu məqsədlə 2021-ci il 26 noyabr tarixli Soçi bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə edildiyi bildirilib. Bundan başqa, Şarl Mişel 2020-ci il 9-10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına tam riayət edilməsinin zərurətini də vurğulayıb.Azərbaycan 44 günlük Vətənmüharibəsində əldə etdiyi qələbəni siyasi müstəvidə də davam etdirməkdədir.
Ölkəmizin imza atdığı bütün uğurlar Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasətinin nəticəsidir.
Mehman Zaidov -Masallı rayon Öncəqala kənd sakini

