Naxçıvanda növbəti “Kətə” festivalı keçiriləcək
Aprelin 16-17-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində “Kətə” festivalı keçiriləcək.
ARANTV.AZ xəbər verir ki, festivalda muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 230-a yaxın kətə hazırlayan ailə təsərrüfatçısı, o cümlədən digər təsərrüfat subyektləri iştirak edəcək.
Festivalda muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətə növləri və onların hazırlanması qaydaları nümayiş olunacaq. Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı izləyəcək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edəcəklər. Musiqi və incəsənət ustaları tədbirə əlavə rəng qatacaqlar.
“Ən dadlı kətə” nominasiyası üzrə qaliblərə diplomlar təqdim olunacaq.

