“Ana, müharibə uzun çəksə, ata bizi unutmaz?”
“Ana, sən xəbərlərə qulaq asırsan? As! Birdən deyərlər evimizə qayıda bilərik, amma biz eşitmərik”.
Ukraynalı kinorejissor Oleq Kavun ölkəsində gedən müharibənin ağrılarını, nəfəs kəsən acılarını uşaqların dili ilə deyib.
O, 42 gündən bəri mühasirədə olan Mariupoldakı uşaqların sığınacaqlarda, zirzəmilərdə keçirdikləri yaşamın nə olduğunu anlatmağa çalışıb.
Uşaqların anaları ilə dialoqları, verdikləri suallar vasitəsilə.

Zirzəmilərdə ölümdən qorunmağa çalışan ukraynalı uşaqların analarına ünvanladıqları sualları və istəkləri təqdim edirik:
– Ana, sərhədi özü keçən oğlan hanı? Gəl, onu götürək – tək qorxur orada…
***
– Ana, onların hələ nə qədər bombası qalıb?
***
– Ana, evimizi bombalasalar, olar oyuncaqlarımı oradan götürüm?

***
– Ana, bizə bomba atanları Tanrı öldürmürsə, deməli, Tanrı ukraynalılara nə üçünsə qəzəblənib?
***
– Ana, yaxşı ki, müharibə səhər tezdən başladı, yoxsa uşaqlar məktəbə gedə bilməzlər, düzdü?

***
– Ana, burada darıxıram, bombalardan da qorxmuram, gəl, evimizə qayıdaq
***
– Ana, bəs bizə bomba atanların uşaqları müharibəyə baxırlar? Onların bizə yazığı gəlmir?
***

– Ana, sən həmişə mənə deyirdin ki, uşaqların arzuları mütləq gerçəkləşir. Mənim arzularım artıq gerçəkləşmir. Böyümüşəm artıq, ana?
***
– Ana, müharibə uzun çəksə, ata bizi unutmaz?

