Region Xəbərləri 

Abidələrin təbliği işində hökm sürən durğunluğu aradan qaldırmaq lazımdır.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda turizmin inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Bu vacib sahənin inkişaf etdirilməsində tarix və mədəniyyət abidələrinin xüsusi yeri var. Əgər regionda tarixi abidələr yoxdursa və yaxud da baxımsız vəziyyətdədirsə, onların yaxınlığına gedən yollar bərbaddırsa, deməli, burada turizmi inkişaf etdirmək çətin olacaq. Ona görə də bu sahədə müəyyən tədbirlər görülməlidir. Abidələrin təbliği işində hökm sürən durğunluğu aradan qaldırmaq lazımdır. Gənc nəsil mənsub olduğu xalqın tarixini dərindən öyrənib, öz doğma vətəni ilə fəxr etməlidir. Bunun üçün gənclərdə milli-mənəvi tərbiyəni formalaşdırmaq lazımdır. Bu işdə abidələrin təbliğinin də böyük əhəmiyyəti var. Təbliğat işini rayonun təhsil müəssisələrində təşkil etmək mümkündür.
Tarixi irsimizi, dəyərlərimizi gənc nəslə sevdirmək, övladlarımızın bu sahəyə aid bilgilərini artırmaq lazımdır. Bunun üçün vaxtaşırı turist-diyarşünaslıq ekskursiyaları təşkil edilməlidir. Gənclərin şüuruna yeridilməlidir ki, mədəni irsimizin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması kimi şərəfli işin məsuliyyəti onların üzərinə düşür”.
Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasının müdiri
Leyla Məmmədova.

Daha çox xəbərlər