Hadisə 

Hüseyn Həsənov Lahıcda evində qaldığı nənəyə külli miqdarda dollar verdi – VİDEO

Tanınmış bloger Hüseyn Həsənov Azərbaycanın Lahıc kəndində qonağı olduğu ailəni sevindirib.

ARANTV.AZ  xəbər verir ki, bloger bu barədə sosial şəbəkə hesabında bildirib.

Hüseyn Həsənov evində qaldığı ailəyə 1 yığın dollar hədiyyə edib.

“Əgər mən ətrafımdakı insanları sevindirə bilmirəmsə, mənə pul lazım deyil. Dünyanın ən bahalı maşını məndədir. Xoşbəxtlik bundadır? Onlar qarajda qalıb, üstü toz bağlayıb. Moskvada ən bahalı mənzillərdən biri məndədir. Xoşbəxtlik bundadır? Mən daim səyahət edirəm və orada çox az oluram. Məndə ən bahalı saatların kolleksiyası var. Xoşbəxtlik bundadır? Mən 1 saat taxıram. Ətrafındakı insanları sevindirmək ən böyük xoşbəxtlikdir”, – deyə bloger bildirib.

Daha çox xəbərlər