Hadisə 

Azərbaycanda evə oğurluğa gələn şəxs baltalandı – FOTO

Ağstafa rayonunda oğurluq etmək üçün evə girən şəxs baltalanıb.

ARANTV.AZ-ın məlumatına görə, rayon sakini Kənan Əlləzov gecə saatlarında rayonun Köçəsgər kənd sakini Habil Ələkbərova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olaraq işığı söndürüb. Daha sonra qəsdlə həyətdə səs salaraq, ev sahibinin evdən çıxmasını təmin etmək istəyib ki, H.Ələkbərov evi tərk etsin və o, evə girsin.

Lakin ev sahibi ilə rastlaşanda ona əlindəki dəmir alətlə xəsarət yetirib. Nəticədə ev sahibi də əlindəki balta ilə ona xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı dərhal Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib:

“Hadisə yerindən K.Əlləzova məxsus maska, əlcək və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Ev sahibi hazırda xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Cinayəti törətməkdə şübhəli bilinən Kənan Əlləzov isə saxlanılaraq istintaqa təhvil verilib”.

 

Daha çox xəbərlər