Azərbaycanda psixoloqlar neçə nəfəri BOŞANMA fikrindən daşındırıblar?
Bu il boşanmaq istəyib barışdırılan şəxslərin sayı açıqlanıb.
Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Bildirilib ki, bu ilin yanvar-fevral ayında nikahın pozulması üçün müraciət etmiş şəxslərlə psixoloqların apardıqları söhbət nəticəsində 84 nəfər (42 cütlük) nikahın pozulmasından imtina edib.

