Dünya 

Meksikada 138 jurnalist qətlə yetirilib

2000-ci ildən etibarən Meksikada 138 jurnalist qətlə yetirilib.

ARANTV.AZ Report-a istinadən bildirir ki, bu barədə ölkənin İnsan Haqları üzrə Milli Komissiyası məlumat yayıb.

Bildirilir ki, KİV-in daha 21 nümayəndəsi 2005-ci ildən itkin düşüb.

“KİV əməkdaşlarının qətlə yetirilməsi və yoxa çıxması hallarının həyəcanlı şəkildə artması milli səviyyədə təhlükəsizlik sahəsində nələrin baş verdiyini əks etdirir”, – deyə hüquq müdafiəçilərinin hesabatında qeyd olunur.

Daha çox xəbərlər

Leave a Comment