Dünya 

50 nəfərin ölümünə səbəb olan terrorçu ilə bağlı QƏRAR QƏBUL OLUNUB

“Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məscidə silahlı hücum edən terrorçu ömürlük həbs cəzası alacaq”.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Zelandiya Baş nazirinin müavini Uinston Piters İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hadisə ilə əlaqədar təcili iclasında çıxış edərkən deyib.

O bəyan edib: “Bu, hamımıza hücum deməkdir. Bununla əlaqədar olaraq ölkə tarixində ən böyük polis araşdırması aparılır. Terrorçu ömrünün qalan hissəsini biradamlıq kamerada keçirəcək”.

Xatırladaq ki, martın 15-də avstraliyalı Brenton Tarant Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə insanlara atəşə açıb. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Daha çox xəbərlər