Hadisə 

Gəncədə 15 yaşlı oğlanı maşın vurdu

Gəncədə piyadanı maşın vurub.

ARANTV.AZ-ın qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Nəsibov Tural Turab oğlunu “Mitsubishi” markalı maşın vurub. Bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Daha çox xəbərlər