Bir gündə 7 nəfəri it dişlədi – Ağstafada
Ağstafa rayonunda bir gündə 7 nəfəri küçə iti dişləyib.
ARANTV.AZ Unikal.org -a istinadən xəbər verir ki, rayonun Qarahəsənli kəndi, Saloğlu qəsəbəsi və şəhərin digər ərazisində küçə itləri müxtəlif vaxtlarda müxtəlif insanlara hücüm edib. Onlardan 7 nəfəri xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən tibbi yardım göstərilib və hamsına quduzluğa qarşı iynə vurulduqdan sonra evə buraxılıblar.
Son günlər rayon ərazisində oxşar hadisələrin tez-tez baş verdiyi bildirilir.

