Rusiyada tərəvəz bazası yandı – 4 NƏFƏR ÖLDÜ

Rusiyanın Lipetsk vilayətində tərəvəz saxlanılan yerdə faciə ilə nəticələnən yanğın baş verib.

ARANTV.AZ  ONA-ya istinadən xəbər verir ki, ümumi sahəsi 800 kv/m olan saxlanğıcda baş verən yanğının söndürülməsinə 34 yanğınsöndürən və 14 texnika cəlb olunub.

Yanğının qarşısı alınsa da, dörd nəfəri ölümdən xilas etmək mümkün olmayıb.

Meyitlər yanğınsöndürənlər tərəfindən aşkarlanıb.

Səbəblər araşdırılır.