Myanmada dəhşətli partlayış: 16 ölü, 48 yaralı
Myanmanın Şan əyalətinin Monqmao şəhərində tikinti materialları, qaz balonları və müxtəlif partlayıcı maddələrlə dolu anbarda partlayış baş verib.
ARANTV.AZ axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfər həlak olub, 48 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Partlayışın səbəbi hələlik məlum deyil.

