DTX rəisinin müavini Milli Məclisə gəldi
Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev Milli Məclisin iclasına qatılıb.
ARANTV.AZ-ın məlumatına əsasən, o, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsində iştirak edir.
Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

