Manset Region Xəbərləri 

Bərdə Rayonunda Ulu Öndər Heydər Əliyevin 99-cu il dönümünə həsr olunan silsilə tədbirlər keçirilib+Fotolar

Müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ölkənin hər bölgəsində olduğu kimi, Bərdə Rayonunda qeyd edilmişdir tədbirdə Bərdə Rayon İcra Başçısı Vidadi İsayev, və aparatın əməkdaşları, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, gül dəstələri qoyulub, əziz xatirəsi hörmət və ehtiramla yad olunub.

Sonra Heydər Əliyev Mərkəzində təşkil edilmiş sərgiyə baxış keçirilib. Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri, həmçinin Bərdə rayonuna səfərlərini özündə əks etdirən eksponat, fotoşəkillər haqqında ətraflı məlumat verib.

Daha çox xəbərlər