Şəhidimiz bu gün Qazaxda dəfn olunacaq — FOTO
Xəbər verdiyimiz kimi, ötən gün cəbhənin Füzuli rayonu istiqamətində düşmənin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
ARANTV.AZ bildirir ki, “Ölkə.Az”ın məlumatına görə, şəhid hərbi qulluqçumuz bu gün doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunacaq.
Qeyd edək ki, Ə.Əlləzov 2018-ci ildə hərbi xidmətə yollanmışdı.



