Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib – SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
ARANTV.AZ azərtac-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
general-leytenant ali hərbi rütbəsi
general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova
general-mayor ali hərbi rütbəsi
polkovnik Araz Süleyman oğlu Əhmədova
polkovnik Zaur Aydın oğlu Əliyevə
polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə

