Səhiyyə Nazirliyi Tovuzda birmərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların durumunu açıqlayıb.
ARANTV.AZ xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində baş verən partlayışla əlaqədar hadisə yerinə martın 31-də saat 23:20-də təcili tibbi yardım briqadası gəlib.
Hadisə nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
1964-cü il təvəllüdlü Qurbanova Zemfira travmatik şok keçirib, onun diaqnozu yuxarı ətraflarının soyulmuş yarası olub. 1992-ci il təvəllüdlü Həsən İmamverdiyevə isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Xəstələrin həyatı üçün təhlükə yoxdur.
