Cəmiyyət 

91 mindən çox şagird məzun olur

2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 min 422 şagird, XI siniflərini 91 min 188 şagird bitirir.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, IX sinfi bitirənlərdən 61 min 400 nəfəri qız, 72 min 22 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 min 5 nəfəri qız, 49 min 183 nəfəri oğlandır.
2021-2022-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 5 min 896 məktəbəhazırlıq qrupunu 100 min 529 nəfər uşaq başa vurub.

Daha çox xəbərlər