Hadisə 

Bakıda işləməyə gələn Pakistan vətəndaşı itkin düşdü

Bakıda yaşayan Pakistan vətəndaşı itkin düşüb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə polisə Bakının Nəsimi rayonu, S.Rəhimov küçəsi 197 ünvanında yerləşən “Minalə” hostelində yaşayan, 1955-ci il təvəllüdlü Foriya Zaheer məlumat verib.

O bildirib ki, iki ildir icazə əsasında “Minalə” hostelində yaşayan oğlu, 1988-ci il təvəllüdlü Zaheer Umair aprelin 1-də yaşadığı yerdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Daha çox xəbərlər