İran ordusu hərəkətə keçdi – Daşqınlara görə
İran quru qoşunlarının helikopterləri Lorestan vilayətinin daşqınlarla üzləşən Poldoxtər rayonunda əhaliyə yardım etmək üçün ezam olunub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu İran ordusunun sözçüsü briqada generalı Şahin Təqixani açıqlamasında deyib.
Ş.Təqixaninin sözlərinə görə, bir az öncə Poldoxtər rayonunda seldən zərərçəkənlərin daşınması üçün bölgəyə 8 helikopter göndərilib.
Xatırladaq ki, son günlər İranda yağan aramsız yağışlar güclü sel və daşqınlara səbəb olub, şəhər və kəndləri su basıb.

