Dünya 

Əfqanıstanda polis məntəqəsinə raket atdılar: 8 ölü

Əfqanıstanın şimalındakı Bəlx əyalətində polis əməkdaşlarına hücum olunub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində 8 polis həlak olub.

Qeyd olunur ki, hücum “Taliban” silahlıları tərəfindən həyata keçirilib. Onların polis məntəqəsinə raket zərbəsi endirdiyi deyilir.

Hücum zamanı daha 4 polis əməkdaşı yaralanıb.

Daha çox xəbərlər