Cəmiyyət 

ABŞ-ın nüfuzlu nəşrində İkinci Qarabağ müharibəsi qaziləri barədə məqalə dərc olunub

ABŞ-ın nüfuzlu “News Blaze” nəşrində Nurit Qrincerin İkinci Qarabağ müharibəsi qaziləri barədə məqaləsi dərc olunub.

ARANTV.AZ  xəbər verir ki, müəllif qeyd edib ki, İsrail həkimlərinin səyləri nəticəsində azərbaycanlı qazi 24 yaşlı Arif Hacıyevin gözləri sağalıb: “Yerusəlimdə fəaliyyət göstərən “Misqav Ladax” xəstəxanasında çalışan oftalmoloq Yişay Falik könüllü həkimlər qrupu ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində 150 azərbaycanlı qazi üzərində ödənişsiz göz əməliyyatı həyata keçirib”.

Məqalədə bildirilib ki, İkinci Qarabağ müharibəsində 1245 azərbaycanlı hərbçi yaralanıb: “Onlardan biri Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində yaralanan Arif Hacıyevdir”.

24 yaşlı Arif Hacıyev “News Blaze” nəşrinə müsahibəsində Azərbaycan dövlətininin qazilərə qayğısından danışıb. Azərbaycanlı qazi “YAŞAT” Fondunun onu ev və avtomobillə təmin etdiyini bildirib.

N.Qrincer digər azərbaycanlı qazi Vasif Dilavərzadə barədə də bəhs edib. Müəllif qeyd edir ki, İkinci Qarabağ müharibəsi zamanı yaralanan V.Dilavərzadənin ayağının xilas edilməsi üçün 7 əməliyyat keçirilib.

Daha çox xəbərlər