Dünya 

Ərdoğan Baydenlə görüşəcək

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Cozef Baydenlə görüşəcək.

Bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

O, görüşün NATO-nun Madrid sammiti çərçivəsində baş tutacağını bəyan edib.

Sallivan qeyd edib ki, görüşdə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə etirazı müzakirə ediləcək.

NATO Zirvə toplantısında bütün problemlərin həllinin mümkün olmadığını bildirən Sallivan Türkiyənin narahatlığına baxmayaraq, iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəzi problemlərin həlli üçün səy göstəriləcəyini vurğulayıb.

Mənbə: sozcu.com.tr

Daha çox xəbərlər