Cəlilabad İcra Hakimiyyətinin əməkdaşı yeni vəzifəyə təyin olunub
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov yeni vəzifəyə təyin olunub.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı sərəncam imzalayıb.
Müvafiq sərəncamla o, rayonun Uzuntəpə kəndinə icra nümayəndəsi təyin edilib.
Qeyd edək ki, Uzuntəpə rayonun ən böyük kəndlərindən biridir.