Respublika Narkoloji Dispanserində ölüm hadisəsi baş verib
Respublika Narkoloji Dispanserində ölüm hadisəsi qeydə alınıb.
ARANTV.AZ xəbər verir ki, səhər saat 5 radələrində Maştağa qəsəbəsində yerləşən xəstəxanada müalicə olunan 1971-ci il təvəllüdlü Cəfər Cəlilov naməlum səbəbdən vəfat edib.
İlkin müayinə zamanı onun ölüm səbəbini müəyyənləşdirmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

