Cəmiyyət 

Bakıda satılan uşaq qidasında təhlükə aşkarlandı – FOTO

Bakıda marketlərdə satılan “Malyutka-2” əmtəə nişanlı uşaq qidasının içərisində istehlak üçün yararsız yad cisimlər aşkar olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Baş Prokurorluq məlumat yayıb.

Əməliyyat tədbirləri zamanı “Malyutka – 2” əmtəə nişanlı uşaq qidasına baxış keçirilib və  nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Hazırda həmin məhsulların mənbəyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Sahibkarlardan araşdırmanın nəticəsi məlum olana qədər “Malyutka – 2” əmtəə nişanlı uşaq qidalarının satış şəbəkələrindən çıxarılması, vətəndaşlardan isə həmin məhsuldan istifadə etməmələri xahiş olunur.

Araşdırmaların nəticəsinə dair ictimaiyyətə məlumatlar veriləcək.

Daha çox xəbərlər