Siyasət 

Azərbaycan və Rusiya üçüncü ölkələrə ixracat təşkil edə bilər – Manturov

Rusiya və Azərbaycan sənaye sahəsində ikitərəfli əməkdaşlıq üçün yaxşı potensiala malikdir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.

Rusiyalı nazirin sözlərinə görə, Azərbaycanın regionda strateji mövqeyi nəzərə alınaraq loqistika xərcləri azaldılmaqla hər iki ölkə üçüncü tərəfə birgə ixarcatı da təşkil edə bilər.

Daha sonra D.Manturov bildirib ki, Azərbaycandan olan tərəfdaşlarla iyulun əvvəllərində Yekaterinburqda “İnnoprom” sənaye forumu çərçivəsində görüş keçirilməsi nəzərdə tutulub.

Daha çox xəbərlər