Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Pensiya yaşı azaldılacaqmı – sosial yığımın geri qaytarılmaması ədalətlidirmi?

By Vüsal Rafiqoğlu
09.07.2022 2 Min Read

İqtisadçı-ekspert: “Azərbaycanda 3 uşaqlı ailə çoxuşaqlı ailə kimi qəbul edilməlidir”

Deputat Əli Məsimli pensiya yaşının azaldılması çağırışı edib. O deyib ki, Azərbaycanda pensiya yaşının 65 yaşa çatdırılması düzgün deyil.

Bununla bağlı söyləyib ki, yaşlı insanların daha çox hissəsinin, beynəlxalq praktikada olduğu kimi, 12 il və daha çox müddət pensiya ala bilməsi üçün pensiya yaşının 60 yaşın ətrafında olması  daha məqbul variantdır. Həmçinin qeyd edib ki, bundan sonra qadınların pensiya yaşının qaldırılmasının davam etdirilməsini düzgün saymır, verdikləri təkliflərlə bağlı hökumətin əsaslandırmalarını yetərli hesab etmir.

Əslində bir neçə ay öncə bu məsələ ciddi şəkildə müzakirə olunurdu və iqtidar mənsubları da pensiya yaşının azaldıla biləcəyi haqda danışırdılar. Ancaq məsələ “unuduldu”. Yeni pensiya meyarları açıqlanandan sonra bəlli olub ki, əgər əmək fəaliyyəti dövründə şəxsin sosial yığımı 36 min manata çatmasa, ona pensiya verilməyəcək. Yəni şəxs tutaq ki, hesabına 32 min manat yığıbsa, ona pensiya düşməyəcək. Eyni zamanda ömrü boyu pensiyası üçün topladığı 32 min manat da geri qaytarılmayacaq.

Bu ədalətlidirmi? Şəxsin yığdığı pul onun maaşından qocalığı üçün saxlanılıbsa, onun taleyi niyə belə olmalıdır? Olmazmı vətəndaş elə yığdığı sosial vəsaitə uyğun pensiya alsın?

Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir -  09.07.2021, Sputnik Azərbaycan

Rəşad Həsənov 

İqtisadçı-ekspert Rəşad Həsənov “Yeni Müsavat”a bildirdi ki, 2010-cu ildən Azərbaycanda pensiya yaşı davamlı olaraq artırılır, lakin təəssüf ki, orta yaş həddinə uyğunlaşdırılma istiqamətində ortaya ciddi mövqe qoyulmur: “Azərbaycanda pensiya yaşının artırılması əhalinin ahıllıq dövründə sosial rifahının daha da yaxşılaşdırılmasından daha çox, dövlət büdcəsinin xərclərinin azaldılması, DSMF-nin xərcləri və gəlirləri arasındakı fərqin azadılması və ya tam aradan qaldırılmasına xidmət edir. Pensiya yaşının müəyyənləşdirilməsində orta yaş həddi çox vacib elementdir. Eyni zamanda əhalinin sağlamlığı, əmək qabiliyyəti, əmək bazarında tələb və təklif də önəmli parametrlərdir. Azərbaycanda bu parametrlər ciddi dərəcədə aşılmaqdadır.

2006-cı ildə hökumət gözlənilən pensiya dövrü indikatorunu təsdiqlədi. İddia olunurdu ki, vətəndaşa 12 il 144 ay pensiya verilir. O zaman pensiya yaşı kişilər üçün 57-58, qadınlar üçün isə 53-54 idi. Sonrakı dövrdə yaş həddi davamlı olaraq artırıldı, amma gözlənilən yaş həddi pensiya dövrünə düzəliş edilmir.

Bu gün pensiyaya çıxanlar 50-ci illərdə dünyaya gələnlərdir, gözlənilən yaş həddi isə maksimum 71 ildir. Hətta 80-ci illərdə doğulanlar üçün 65-66-dır. Bunların heç biri nəzərə alınmayıb. Bundan sonra 40 il pensiya hüququ formalaşan insanlarda gözlənilən orta yaş həddi təxminən 70-71-dir. Bu o deməkdir ki, 65 yaşında pensiyaya çıxan vətəndaş 26 il pensiya alır. Bu, vətəndaşın aylıq pensiya məbləğini müəyyən edən əsas indikatordur, yəni kapitalda toplanan pul gözlənilən pensiya dövrü-144-ə bölünür. Nəticədə alınan rəqəmə görə pensiya müəyyən edilir. Hesabla, 72-yə bölünəndə aylıq pensiya iki dəfə artıq olmalıdır. Dünya təcrübəsində gözlənilən pensiya dövrü 13-14 ildir, Azərbaycanda isə 6 il. MDB-də ən aşağı göstərici bizdədir”.

R.Həsənovun fikrincə, Azərbaycanda optimal pensiya yaşı 60-dır. Eyni zamanda uşaq yaşına görə pensiya yaşı yenidən azaldılmalıdır. Ekspert təklif edir ki, 3 uşaqlı ailə çoxuşaqlı ailə kimi qəbul edilməlidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yolları qana boyayan sürücülər, köhnə rus maşınları, tras problemləri

Next

Bərdə Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini təyin olunub.

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv