Cəmiyyət 

Qanun layihəsi bir ildən sonra yenidən gündəmdə

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə iki məsələ salınıb. Onlardan biri “Standartlaşdırma haqqında” qanun layihəsidir.

ARANTV.AZ -ın məlumatına görə, adıçəkilən qanun layihəsi ikinci oxunuşda müzakirələrə çıxarılacaq.

Qeyd edək ki, qanun layihəsinin birinci oxunuşundan düz bir il vaxt keçir.

Belə ki, 2018-ci ildə ölkə prezidenti tərəfindən standartlaşdırma ilə bağlı dövlət komitəsi ləğv olunduğu üçün sözügedən qanun layihəsinin növbəti oxunuşlarda (ikinci və üçüncü) müzakirəsi təxirə salınmışdı.

Ancaq sonradan qanun layihəsinin üzərinə qayıdılaraq, onunla bağlı işlər davam etdirilib və qanun layihəsi ikinci oxunuşda tövsiyə olunub.oxu.az

Daha çox xəbərlər