Azərbaycanlı gənc Türkiyədə Tibb fakültəsini birinciliklə bitirdi – VİDEO
Türkiyənin səhiyyə elmləri üzrə nüfuzlu ali təhsil ocaqlarından biri olan Sağlık Bilimleri Universitetinin 2021-2022 təhsil ili başa çatdı.
İstanbul Sağlık Bilimleri Universiteti Hamidiye Tibb Fakültəsində 6 illik tibb təhsilini başa vuran azərbaycanlı gəncimiz Dr. Fəqan İslamzadə bu universitetdə təhsil alan və fərqli ölkələrdən gələn çoxsaylı tələbələr arasından seçilərək universitet birincisi olma adına layiq görüldü.
Fəqan İslamzadənin universitet nümayəndələri, müəllimlər, tələbə və valideynlər qarşısındakı məzuniyyət çıxışında İkinci Qarabağ müharibəsindəki şəhidləri yad etməsi və birinciliyini Vətən uğrunda savaşan şəhidlərimizə ithaf etməsi hər kəsi qürurladırdı.

