Prezident İlham Əliyev Elçin Bağırovu “Şöhrət” ordeni ilə təltif edib
Prezident İlham Əliyev E.T.Bağırovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ARANTV.AZ azərtac-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin Tələt oğlu Bağırov “Şöhrət” ordeni ilə təltif edilsin”.

