Pakistanda bazarda PARTLAYIŞ: 10 ölü, 30 yaralı
Pakistanın Kvetta şəhərində güclü partlayış baş verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 16 nəfərin öldüyü, daha 30 nəfərin yaralandığı bildirilir.
Məlumata görə, partlayıcı qurğu səhər saatlarında şəhər bazarında işə düşüb.
Hazırda partlayış baş vermiş rayonun ərazisi polis və təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

