Region Xəbərləri 

“Hər birimiz bir çiçək”

ARANTV.AZ xəbər verir ki, 09 avqust 2018- ci ildə Beyləqan Günərzi Qayğı Mərkəzində “Hər birimiz bir çiçək” adlı əyləncəli tədbir təşkil edilmişdir. Mərkəzə cəlb edilmiş uşaqların hazırladıqları bədii-musiqili proqram iştirakçılarda xoş əhval-ruhiyyə yaratmışdır.

Qeyd edək ki, Mərkəz  “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi qayğı mərkəzlərinin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində yaradılıb.

Mərkəzdə 3-12 yaş arası çətin həyat şəraitində olan 30-dan çox uşağa (eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlara) gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlər göstərilir. Uşaqlar maraq və qabiliyyətləri nəzərə alınaraq bacarıqlarının artırılması üçün müxtəlif dərnəklərə cəlb edilir, onların inkişafı, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların özünəxidmət bacarıqlarına malik olmaları, cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər aparılır.

Mərkəz tərəfindən uşaqlarla müxtəlif məşğələlər, terapiyalar, dərnəklər təşkil olunur. Eyni zamanda uşaqların yay tətilinin və  asudə vaxtlarının səmərəli keçməsi və dünyagörüşünün inkişafı məqsədilə onlar üçün müxtəlif tədbirlər, ekskursiyalar, təbiət gəzintiləri təşkil olunur.

Daha çox xəbərlər

Leave a Comment