Hadisə 

Bakıda 24 yaşlı ərəb turist qəfil öldü

Bakıda Səudiyyə Ərəbistanından olan turist qəfil vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, 1998-ci il təvəllüdlü Almadui Mateb Saeed iyulun 25-də Tbilisidən təyyarə ilə iki dayısı ilə birgə turist kimi Bakıya gəlib.

Onlar “Baku Renesiance Palaze” hotelində məskunlaşıblar. Lakin iyulun 26-da onlar hoteli tərk edərək Qəbələyə gediblər. Qəbələdən qayıdarkən Matebin halı qəfil pisləşib. O, “Leyla Medical Center”ə çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq 24 yaşlı turist vəfat edib.

Bildirilir ki, turist Bakıya gələrkən özünü narahat hiss edirmiş.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər